Türkiyənin "Pəncə"si Yunanıstanı qorxutdu-FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
29.05.2019
Oxunub:
245 dəfə

Türkiyənin Şimali İraqda həyata keçirdiyi “Pəncə” əməliyyatı Yunanıstanı qorxudub.

 

"Oxucu" informasiya verir ki, qorxunun səbəbi Türkiyənin ilk ballistik raketi olan BORA-dır.

 

Yunan xəbər saytı olan “ProNews” “Pəncə” əməliyyatına geniş yer ayırıb. Yazı müəllifi əməliyyatın gedişatında ən çox BORA raketlərindən istifadə edilməsinə diqqət çəkib.

 

Xəbərə görə, Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən BORA raketinin uçuş məsafəsi 280 kilometr təşkil edir. İzmirdən paytaxt Afinaya 230, Selanikə isə 270 kilometr məsafənin olduğu bildirilən xəbərdə bu raketlər Yunanıstanın suverenliyinə açıq bir təhlükə kimi qiymətləndirilib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:35516