Bakıda möhtəşəm final

Bölmə:
İdman ›
Tarix:
29.05.2019
Oxunub:
174 dəfə

Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək.

 

"Oxucu" informasiya verir ki, qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son oyunu paytaxtımızda olacaq. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcəklər.

 

Premyer Liqanı 3-cü pillədə bitirirək, Çempionlar Liqasına vəsiqəni təmsil edən "Çelsi" mövsümü titulla başa vurmaq istəyir. "Arsenal" üçün isə Avroliqanın qalibi olmaq ikiqat önəm daşıyır. Çünki "topçular" yalnız bu halda növbəti mövsüm ÇL-də çıxış edə bilərlər. Buna qədər "Sevilya"nın sükanı arxasında 3 dəfə Avropa Liqasının qalibi olan Unay Emeri "Arsenal"da da eyni uğuru təkrarlamaq arzusundadır.

 

Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Avropa Liqası

Final

29 may

 

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu

 

Mənbə: Qol.az

Yoxlama kodu:97227
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019