Nazir: "Hərbi əsirlərin mübadiləsi Qarabağla bağlı danışıqlar üçün daha əlverişli fon yarada bilər"

Bölmə:
Siyasət ›
Tarix:
27.05.2019
Oxunub:
300 dəfə

"Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsini təklif edib".

 

"Oxucu" informasiya verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir: "Bu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir. Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər".

 

Real səfərlərin həyata keçirilməsinə gəlincə, nazir belə deyib: "Burada, ilk növbədə, bu mövzunun iki cəmiyyət üçün nə dərəcədə həssas olduğunu xatırlamaqla konkret, hətta deyərdim, hər detalı düşünülmüş təkliflər istiqamətində işləmək lazımdır. Başqa sözlə, sülh naminə çalışmaq lazımdır".

 

Mənbə: "Report"

Yoxlama kodu:56686
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019