XİN başçısı: "Cəmiyyətlərin sülhə hazırlanması üçün..."

Bölmə:
Siyasət ›
Tarix:
27.05.2019
Oxunub:
253 dəfə

"Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır".

 

"Oxucu" informasiya verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetində müsahibəsində deyib.

 

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.

 

Mənbə: "Report"

 

Yoxlama kodu:81330
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019