Pakistan yeni nüvə raketini sınaqdan keçirib

Bölmə:
Dünya ›
Tarix:
23.05.2019
Oxunub:
62 dəfə

“Pakistan “Şahin-2” adlı yer-yer ballistik nüvə başlığı raketdaşıyıcısını uğurla sınaqdan keçirib”.

 

"Oxucu" informasiya verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur bildirib.

 

Sınaq Oman dənizində keçirilib. Bu raket 1500 km-dəki hədəfləri vurmaq imkanına malikdir.

 

“Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malikdir”, - general vurğulayıb.

 

Pakistanın Baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib.

 

Qeyd edək ki, Pakistan ötən il və bu ilin əvvəlində uzun və orta mənzilli raketləri sınaqdan çıxarmışdı.

 

Xatırladaq ki, Pakistan 1998-ci il mayın 30-da Çaqay poliqonunda 12-18 kT gücündə nüvə qurğusunu sınaqdan keçirib. Həmin tarixdən Pakistan nüvə silahı olan dövlət sayılır.

 

Mənbə: “Report”

Yoxlama kodu:38467