Atasının komandasına qol vurdu, ağladı-VİDEO

Bölmə:
İdman ›
Tarix:
23.05.2019
Oxunub:
168 dəfə

Venesuela Premyer Liqasının son turunda maraqlı hadisə yaşanıb.

 

"Oxucu" informasiya verir ki, "Puerto Kabelyo" - "Deportivo Takira" oyununun (2:2) əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirən qonaq komandanın hücumçusu Cankarlo Maldonado sevinmək əvəzinə, ağlayıb. Vurduğu qolla atası Karlos Maldonadonun çalışdırdığı "Puerto Kabelyo" klubunun "play-off"a vəsiqə qazanmasına imkan verməyən 36 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, bu heç-heçədən sonra hər iki komanda çempionluq yarışından kənarda qalıb.

Mənbə: Qol.az

Yoxlama kodu:54299