"Çelsi" Çexə tapşırılır?

Bölmə:
İdman ›
Tarix:
22.05.2019
Oxunub:
139 dəfə

"Arsenal"ın qapıçısı Petr Çex mövsümün sonunda sabiq klubu "Çelsi"yə qayıdacaq.

 

"Oxucuinformasiya verir ki, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı qolkiper "zadəganlar"ın idman direktoru olacaq. 2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb.

 

Qeyd edək ki, Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.

 

Mənbə: Qol.az

Yoxlama kodu:53728