İnzagi "Yuventus"da?

Bölmə:
İdman ›
Tarix:
21.05.2019
Oxunub:
148 dəfə

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

 

"Oxucuinformasiya verir ki, İtaliya mətbuaatına istinadən yaydığı xəbərə görə, "Latsio"nun çalışdırıcısı Simone İnzagi Turin təmsilçisinə keçməyə yaxındır. "Yuventus"un idman direktoru Fabio Paratiçi 43 yaşlı mütəxəssislə görüşüb və əməkdaşlığın detallarını müzakirə edib. S.İnzagi bu kluba keçməyə razılıq verib.

 

Qeyd edək ki, "Yuventus" hazırkı baş məşqçisi Massimiliano Alleqri ilə bu mövsümün sonu yolları ayıracağını açıqlayıb.

 

Mənbə: Qol.az

Yoxlama kodu:68467
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019