Nazirimiz Fransa Prezidentinin müşaviri ilə görüşüb

Bölmə:
Siyasət ›
Tarix:
17.05.2019
Oxunub:
83 dəfə

Fransa Respublikasına işgüzar səfəri çərçivəsində 16 may tarixində nazir Elmar Məmmədyarov Fransa Respublikası Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə görüşdü.

XİN-dən "Oxucu"ya daxil olan informasiyaya görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi apardılar. Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğuladılar.

 

Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verdi. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulandı.

 

Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi apardılar.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:59675