Sabirabad və Saatlı rayonlarının İcra Hakimiyyətinin başçıları dəyişdirildi

Bölmə:
Siyasət ›
Tarix:
17.05.2019
Oxunub:
84 dəfə

Prezident İlham Əliyev Sabirabad və Saatlı rayonlarının İcra Hakimiyyətinin başçıları ilə bağlı sərəncamlar imzalayıb.

 

Oxucu Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Siraqəddin Nəcəf oğlu Cabbarov isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yoxlama kodu:83903