Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

Tarix:
17.05.2019
Oxunub:
183 dəfə

Prezident İlham Əliyev Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb.

 

Oxucu Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, Sərəncamda qeyd edilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

 

Bakı şəhər İcra Hakimiyyəti:

 

Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

 

Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

 

Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin;

 

Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Yoxlama kodu:86950