Qadının bədən boşluğundan metamfetamin aşkar edilib

Bölmə:
Hadisə ›
Tarix:
17.05.2019
Oxunub:
171 dəfə

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Oxucu DGK-nın mətbuat xidmətinə istinadən informasiya verir ki, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:15336