“Arsenal”ın Mxitaryan şousu davam edir

Bölmə:
İdman ›
Tarix:
17.05.2019
Oxunub:
75 dəfə

“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda “Çelsi”yə qarşı keçiriləcək Avropa Liqasının final matçında oynamayacaq.

 

"Oxucu" informasiya verir ki, "The Times" nəşrinin yazdığına görə, klub təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq.

 

Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər.

 

Qeyd edək ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət vermişdi.

 

Mənbə: Qol.az

Yoxlama kodu:13378