İrandan ABŞ-a əzələ nümayişi

Bölmə:
Dünya ›
Tarix:
17.05.2019
Oxunub:
139 dəfə

ABŞ-ın Bəsrə körfəzinə hərbi qüvvələrini göndərməsinin səbəbi ortaya çıxıb.

 

"Oxucu" informasiya verir ki, “Nyu-York Tayms”ın adı açıqlanmayan amerikalı səlahiyyətli şəxslərə istinadən qaldırdığı iddiaya görə, İran İnqilab Keşikçiləri Ordusuna aid qayıqlar raketlərlə təchiz olunub. ABŞ bu hadisədən peyk görüntüləri vasitəsilə xəbərdar olub. Kəşfiyyat sözügedən görüntüləri körfəzdəki ABŞ donanmasına hücum planı kimi dəyərləndirib. Əlavə olaraq, ticarət gəmilərinə qarşı hücum planlarına dair bilgilər əldə olunduğu da bildirilib. İraqda İran dəstəkli qruplaşmaların ABŞ əsgərlərinə hücum edə biləcəyinə dair xəbərlərin çıxması Vaşinqtonu hərəkətə keçirib. Bu iddialar Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeonun “İran ABŞ hədəflərinə qarşı hücuma keçəcək” qənaətini qüvvətləndirib.

 

Körfəzdə nə baş verir?

 

ABŞ ötən həftə İrandan gələ biləcək təhlükələrə qarşı tədbir məqsədilə "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisini, 4 nüvə potensiallı B-52 bombardman təyyarəsini körfəzə göndərmişdi. Pentaqon bunun ardınca "USS Arlington” amfibiya gəmisi və “Patriot” havadan müdafiə sistemi göndərildiyini açıqlamışdı.

 

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri İranın öz sahillərində 4 ticarət gəmisinə hücum etdiyini iddia etmişdi. Bundan sonra ABŞ İranın gözünü qorxutmaq üçün F-15 və F35 qırıcılarını havaya qaldırmışdı.

 

Mənbə: Publika.az

Yoxlama kodu:72462