Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
17.05.2019
Oxunub:
169 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

 

"Oxucu" informasiya verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:24384