Jezniçak karyerasını bitirir

Bölmə:
İdman ›
Tarix:
16.05.2019
Oxunub:
70 dəfə

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirə bilər.

 

"Oxucu" informasiya verir ki, 32 yaşlı müdafiəçi şəxsi dostuna söz verdiyini bildirib:

 

"Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb".

 

Qeyd edək ki, Polşa çempionatına 69 xalla turnir cədvəlinə başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, digər görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.

 

Mənbə: Qol.az

Yoxlama kodu:27277