Dumanlı sabah olacaq

Bölmə:
Cəmiyyət ›
Tarix:
16.05.2019
Oxunub:
128 dəfə

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. 

 

Oxucu informasiya verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14,  gündüz 16-21 dərəcə isti təşkil edəcək.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:13423