Zaur Darğallı liderdir-SORĞUnun nəticələri

Bölmə:
Dünya ›
Tarix:
16.05.2019
Oxunub:
178 dəfə

Zaur Darğallı liderdir - SORĞUnun nəticələriAvrasiya İnformasiya Agentliyi (avrasiya.net) mayın 19-da Gürcüstanın Marneuli rayonunda baş tutacaq növbədənkənar mer seçkilərində merliyə namizəd olan azərbaycanlıların şanslarının qiymətləndirilməsi ilə bağlı oxucuları arasında keçirdiyi sorğuya yekun vurub.

 

"Oxucu" informasiya verir ki, sorğu bir ay (15.04.-15.05.2019-cu il) müddətində aparılıb və hər oxucu yalnız bir səs verib. Ümumilikdə hər üç namizədə 1892 səs verilib.

 

Sorğunun nəticələrinə əsasən, respondentlər ən çox səsi hakim “Gürcü Arzusu” Partiyasından namizəd olan Zaur Darğallıya veriblər - 1236 səs (65,33%).

 

Sonrakı yerləri “Vahid Milli Hərəkat” partiyasının namizədi Aqil Mustafayev 238 səs (12,58%), müstəqil namizəd Əli Bədirov 217 səs (11,47%) və “Avropalı Gürcüstan” Partiyasından namizəd olan Əhməd İmamquliyev 201 səs (10,62%) toplayıblar.

 

Hər üç namizədə uğurlar arzulayırıq!

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:32592
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019