Dieqo Fabbrini "Neftçi"yə keçir?

Bölmə:
İdman ›
Tarix:
15.05.2019
Oxunub:
272 dəfə

"Neftçi" Canluka Sansonedən sonra heyətinə daha bir italiyalı futbolçu qata bilər.

 

"Oxucu" informasiya verir ki, "ağ-qaralar" Dieqo Fabbrini ilə yaxından maraqlanır. Ötən yay transfer olduğu Rumıniyanın "Botoşani" klubu ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimə keçə bilər. Roberto Bordinin həmyerlisini "Neftçi"də görmək istədiyi iddia olunur. Eyni zamanda, Fabbrini ilə "Qarabağ"ın da maraqlandığı bildirilir.

Qeyd edək ki, "Empoli"nin yetirməsi olan yarımmüdafiəçi müxtəlif vaxtlarda ölkəsində "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluol", "Birmingem", "Midlsbro" və İspaniyada "Real Ovyedo" kimi klubların formasını geyinib. Son olaraq, "Botoşani"də çıxış edən Fabbrini 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 12 dəfə İtalliyanın U-21 yığmasına çağırılan futbolçu bir dəfə də əsas millinin formasını geyinib.

 

Mənbə: Qol.az

Yoxlama kodu:66190