Baş Nazirin müavini: "250 minə yaxın iş yeri leqallaşdırılıb"

Bölmə:
Siyasət ›
Tarix:
15.05.2019
Oxunub:
133 dəfə

"Özəl sektorla bağlı müəyyən narahatlıqlar vardı. Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb".

 

"Oxucu" informasiya verir ki, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

 

Onun sözlərinə görə, bu, özəl sektorun inkişafına səbəb olacaq.

 

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan özəl sektorun inkişafı ilə bağlı bütün addımları atır.

 

Mənbə: "Report”

Yoxlama kodu:61668
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019