“Azərmaş Sənaye” MMC dövlət qeydiyyatına alınıb

Tarix:
15.05.2019
Oxunub:
228 dəfə

Bu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş avtobus və yük avtomobilləri istehsalı zavodunun sahibi - “Azərmaş Sənaye” MMC aprelin 30-da Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.

 

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, ev 34, mənzil 8, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ramakayeva Venera Ravilevnadır.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:88645