Belarus Baş nazirinin müavini: "Azərbaycanda aqrar sektorun inkişafını görürük"

Tarix:
15.05.2019
Oxunub:
323 dəfə

"Azərbaycana kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdiyinə görə minnətdarıq".

 

"Oxucu" informasiya verir ki, bunu Belarusun Baş nazirinin müavini İqor Lyaşenko Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin (Caspian Agro 2019) açılışında deyib.

 

"Azərbaycanda kənd təsərrüfatı sektorunun, o cümlədən ərzaq təhlükəsizliyi sahəsindəki balanslı inkişaf siyasətini görürük. Azərbaycana kənd təsərrüfatı sektorunu inkişaf etdirdiyinə və ölkəmizlə əməkdaşlığa görə minnətdarıq", - o bildirib.

 

Baş nazirinin müavini qeyd edib ki, Belarus bu sərgidə 30 müəssisə ilə təmsil olunur.

 

"Bu il həmçiun kənd təsərrüfatı texnikasının istehsalı üzrə Azərbaycanla birgə müəssisələr də təqdim edirik", - İ.Lyaşenko söyləyib.

 

Mənbə: "Report"

Yoxlama kodu:58961