Tvitterdə qalmaqal

Bölmə:
Texnologiya ›
Tarix:
15.05.2019
Oxunub:
137 dəfə

İstifadəçilərin bu məlumatları üçüncü şəxslərə göndərildi


Məşhur sosial şəbəkələrdən olan tvitter bu dəfə istifadəçilərin yerləşdiyi məkanlarla bağlı məlumatları üçüncü şəxslərə -reklamverənlərlə paylaşması qalmaqalı ilə gündəmə gəlib.

 

"Oxucu" informasiya verir ki, narazılığa səbəb olan bu məlumatdan sonra açıqlama verən şirkət bunun bir virusdan qaynaqlandığını bildirib.

 

Bu məlumat isə istifadəçilərin ciddi narahatlığına səbəb olub. İndi istifadəçilər bu şəxsi məlumatlarının kimin əlində olmasından xəbərsizdir.

 

Sosial şəbəkənin öz saytında verilən açıqlamada bu məlumatların göndərilən tərəfdə saxlanılmadığını, problem anlaşılan kimi silindiyini açıqlayıb. Şirkət həmçinin istifadəçilərindən üzr istəyib. Bu problemin bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl feysbuk sosial şəbəkəsi istifadəçilərin şəxsi məlumatlarda gizlilik tələbini pozması ilə gündəmə gəlmişdi.

 

Mənbə: Publika.az

Yoxlama kodu:46933