Vışeqrad Qrupu bəyanat yaydı

Bölmə:
Siyasət ›
Tarix:
14.05.2019
Oxunub:
18 dəfə

Bu ilin 6 may tarixində Slovakiya Respublikasının sədrliyi çərçivəsində Vışeqrad Qrupunun Xarici İşlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşü nəticəsində Vışeqrad Qrupu tərəfindən qəbul edilmiş bəyanat dərc edilib.

 

XİN-dən Oxucuya daxil olan infomrasiyaya görə, bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb. Həmçinin, bəyanatda sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.

 

Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:36059