ABŞ təhdid etdi: Rusiya ilə “S-400” anlaşması pozuldu

Bölmə:
Dünya ›
Tarix:
14.05.2019
Oxunub:
113 dəfə

Sanksiya təhdidi ilə üz-üzə qalan Hindistan Rusiyadan alacağı “S-400” zenit-raket kompleksi əvəzinə ABŞ-ın “Patriot” raketdən müdafiə sistemini almaq üçün müzakirələrə başlayıb.

 

"Oxucu" informasiya verir ki, Hindistan ötən il Rusiya ilə ABŞ-ın Yeni Dehliyə yönəlik sanksiya təhdidlərinə qarşı imzaladığı “S-400” müqaviləsindən üz döndərib.

 

5,4 milyard dollar dəyərində olan sazişə əsasən, Hindistana 5 ədəd “S-400” zenit-raket kompleksi göndərilməsi nəzərdə tutulurdu.

 

ABŞ isə Rusiya istehsalı olan havadan müdafiə sistemini satın alacağı təqdirdə Hindistanı “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (Countering America's Adversaries Through Sanctions Act - Caatsa) ilə təhdid edirdi.

 

Təhdidlər fonunda Hindistan geri addım ataraq, “S-400”dən imtina edib.

 

Hindistan rəsmiləri “Patriot” ve THAAD raketdən müdafiə sistemlərinin alışı ilə bağlı ABŞ-la ciddi razılıq əldə olunduğunu açıqlayıb.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:79602