Pulsuz kardioloji müayinə kampaniyası keçiriləcək

Bölmə:
Səhiyyə ›
Tarix:
06.05.2019
Oxunub:
244 dəfə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris Treapevtik Klinikası pulsuz kardioloji müayinə kampaniyası təşkil edir.

 

Universitetdən “Oxucu”ya daxil olan informasiyaya görə, mayın 10-da ATU-nun Tədris Terapevtik Klinikasının kardioloqu Elnur İmanov uşaqların kardioloji müayinəsini keçirəcək. Müayinə saat 09:00-dan 15:00-a qədər keçiriləcək.

 

Ünvan: Bakı şəhəri, Mərdanov qardaşları 1001-ci məhəllə, ATU-nun Tədris Terapevtik Klinikası (10-cu mərtəbə) Əlaqə: (+994 50 647 41 29)

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:19193