Qubada əcnəbi talandı

Bölmə:
Hadisə ›
Tarix:
06.05.2019
Oxunub:
218 dəfə

Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

 

Oxucu informasiya verir ki, DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

 

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Tahirov olduğu müəyyən edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:90129