Əcnəbini soydular

Bölmə:
Hadisə ›
Tarix:
06.05.2019
Oxunub:
219 dəfə

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaşMərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

 

Oxucu informasiya verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşkları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:26453