FHN xilasediciləri 5 nəfəri xilas etdi

Bölmə:
Hadisə ›
Tarix:
06.05.2019
Oxunub:
87 dəfə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi, Səbail və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Oxucu nazirliyin mətbuat xidmətinə istinadən informasiya verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:91534