Müdafiə nazirləri görüşüb

Bölmə:
Hərbi ›
Tarix:
01.05.2019
Oxunub:
109 dəfə

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

 

"Oxucu" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

 

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:30452