Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
01.05.2019
Oxunub:
206 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

 

"Oxucu" informasiya verir ki, Müdafiə Nazirliyi Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Cəvahirli, Qaraqaşlı, Acarlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:87430