HHM bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Bölmə:
Hərbi ›
Tarix:
29.04.2019
Oxunub:
93 dəfə

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib.

 

"Oxucu" nazirliyin mətbuat xidmətinə istinadən informasiya verir ki, təlim zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb, şərti düşmənin hava hədəflərinin aşkar edilməsi və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:43631