DİQQƏT! hərəkət məhdudlaşdırılır-XƏRİTƏ

Bölmə:
Cəmiyyət ›
Tarix:
26.04.2019
Oxunub:
322 dəfə

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

 

Oxucu AAYDA-nın mətbuat xidmətinə istinadən informasiya verir ki, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:71992