Qran-Prinin günlərinin havası küləkli olacaq

Bölmə:
Cəmiyyət ›
Tarix:
24.04.2019
Oxunub:
181 dəfə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə Bakıda gözlənilən hava şəraiti haqqında ilkin məlumatı açıqlayıb.

 

"Oxucu" informasiya verir ki, Departamentin məlumatına görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13°, gündüz 15-20°, axşam 14° isti olacaq.

 

Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 11-13°, gündüz 17-20°, axşam 15° isti olacağı proqnozlaşdırılır.

 

Aprelin 28-də yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14°, gündüz 19-23°, axşam 16° isti olacağı bildirilir.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:45095