“Thomson Reyters” bazasında məqalələri dərc olunan müəlliflərə mükafat veriləcək

Tarix:
24.04.2019
Oxunub:
409 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda aparılan elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və alınan nəticələrin populyarlaşdırılması məqsədilə həvəsləndirmə tədbirləri həyata keçiriləcək.

 

"Oxucu" informasiya verir ki, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev bildirib ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin sərəncamına əsasən, elmi tədqiqatların nəticələri üzrə dərc edilən məqalələrin sayında “Thomson Reyters” bazasına daxil olan jurnalların payı artırılmalıdır. Bu məqsədlə sözügedən bazaya daxil olan jurnallarda dərc edilən hər məqaləyə görə müəlliflərə 200 manat məbləğində mükafat veriləcək.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:96528