SOCAR rəsmiləri Yüksək Texnologiyalar Parkının istehsal sahələri ilə tanış olublar

Tarix:
24.04.2019
Oxunub:
402 dəfə

SOCAR-ın Qaz İxrac İdarəsi baş direktorunun müavini Sərxan Babaşovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

 

"Oxucu" informasiya verir ki, AMEA-dan bildirilib ki, YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində (SEASM) qonaqlara laboratoriya avadanlığı, mərkəzin imkanları və göstərilən xidmətlər barədə məlumat verilib.

 

SEASM-ın maddi-texniki bazası, eləcə də beynəlxalq akkreditasiyadan keçməsi qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Nümayəndə heyəti, həmçinin YT Parkın rezidentləri - “Millers Oils Azerbaijan” MMC-nin və “AMEA Təcrübə-Sənaye Zavodu”nun istehsal sahələri ilə tanış olublar.

 

Sonda iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:21618