Qurban Məmmədovun meyiti aşkarlandı

Bölmə:
Hadisə ›
Tarix:
23.04.2019
Oxunub:
228 dəfə

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.

 

Oxucu FHN-in mətbuat xidmətinə istinadən informasiya verir ki, yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

 

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:83720
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019