Evində ölü tapıldı

Bölmə:
Hadisə ›
Tarix:
22.04.2019
Oxunub:
156 dəfə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Oxucu FHN-in mətbuat xidmətinə istinadən informasiya verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Əsgərov Anatolik Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:52588