Alman irsinin turizm potensialı dəyərləndirilir

Tarix:
22.04.2019
Oxunub:
244 dəfə

Aprel ayının 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət ediblər.

 

Dövlət Turizm Agentliyindən Oxucu informasiya verir ki, Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

 

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni "Helenendorf"un salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.

 

İştirakçılar həmçinin hazırda Şəmkir rayonu ərazisində yerləşən "Annenfeld" adlanan alman məskənini ziyarət edərək “Şərq ulduzu” şərab zavodunda regionun şərabçılıq ənənələri ilə tanış olublar.

 

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən Azərbaycan və alman xalqları arasındakı münasibətlər tarixində önəmli yerə malik bu hadisənin qeyd olunması üçün tapşırıqların icrası çərçivəsində təşkil olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:48589
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019