Bakıda film kimi oğurluq

Bölmə:
Hadisə ›
Tarix:
22.04.2019
Oxunub:
102 dəfə

Qadının qulağındakı qızıl sırğaları çıxardılar


DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib.

 

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə,müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

 

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb.

 

Araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:34600