Şərurda Yüngül Atletika üzrə rayon birinciliyi keçirilib-FOTOLENT

Bölmə:
İdman ›
Tarix:
19.04.2019
Oxunub:
215 dəfə

18 aprel 2019 cu il tarixdə Şərur Rayon Olimpiya İdman Kompleksində YAP-Şərur Rayon Təşkilatı Gənclər Birliyi,Şərur Rayon Gənclər və İdman idarəsi, Şərur Rayon Təhsil Şöbəsi və Yüngül Atletika Federasiyasının Şərur Rayon Bölməsinin birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında Yüngül Atletika üzrə rayon birinciliyi keçirilib.

 

Oxucu informasiya verir ki, birincilikdə 14 məktəbdən 70 şagird iştirak edib.

 

Nəticələrə əsasən 100 m məsafəyə qaçışda Qarxun məktəbindən Əsgərov Anar, 200 m məsafəyə qaçışda Düdəngə məktəbindən Seyidov Kamil, 400 m məsafəyə qaçışda Kürkənd məktəbindən Hüseynzadə Rəşad, 800 m məsafəyə qaçışda Mahmudkənd məktəbindən Əliyev Ümid, 1500 m məsafəyə qaçışda isə Şərur şəhər 2 №-li məktəbindən Rzayev Elvin I yerə laiq görülüb.

 

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:43538
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019