Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VİDEO - FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
18.04.2019
Oxunub:
81 dəfə

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

 

"Oxucu" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

 

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.

Mənbə: Oxucu.info

Yoxlama kodu:21602