İlyas Mahmudovun səlahiyyətlərinə xitam verildi

Bölmə:
Siyasət ›
Tarix:
17.04.2019
Oxunub:
93 dəfə

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

 

Oxucu Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, Sərəncamda qeyd edilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

 

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

Yoxlama kodu:42983