Şirvan camaatına ŞAD XƏBƏR

Bölmə:
Cəmiyyət ›
Tarix:
17.04.2019
Oxunub:
345 dəfə

Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Oxucu Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, Sərəncamda qeyd edilir:

 

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Yoxlama kodu:79971
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019