ABŞ-ın neft ixracı 67 faiz artıb

Bölmə:
Energetika ›
Tarix:
17.04.2019
Oxunub:
212 dəfə

ABŞ-ın xam neft ixracı 2018-ci ildə əvvəlki ilə görə 67 faiz artaraq gündəlik orta hesabla 2 milyon barrelə yüksəlib.

 

"Oxucu" informasiya verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

 

Bildirilir ki, ötən il ABŞ-ın neft ixrac etdiyi ölkələrin sayı 42-ə çatıb. Bu göstərici 2017-ci ildə 37 ölkə idi.

 

Birləşmiş Ştatların neft ixracı 2017-ci ildə sutkada orta hesabla 1,2 milyon barrel olub.

 

Keçən il ABŞ-ın ən çox neft ixrac etdiyi ölkə Kanada olub və bu ölkəyə gündəlik orta hesabla 378 min barrel neft göndərilib. Region olaraq isə ABŞ-dan ən çox Asiya qitəsinə neft ixrac edilib. 2018-ci ilin ilk yarısında ABŞ-dan Çinə ixrac edilən neftin həcmi sutkalıq orta hesabla 376 min barrel olub, ötən ilin ikinci yarısında isə bu göstərici 83 min barrelə düşüb. Buna səbəb iki ölkə arasındakı ticarət gərginlikdir.

 

Xatırladaq ki, OPEC tərəfindən 1973-cü ildə ABŞ və qərb ölkələrinə tətbiq edilən neft embarqosu ilə əlaqədar Birləşmiş Ştatlar ölkədə istehsal olunan xam neftin ixracını qadağan etmişdi. 2015-ci ilin dekabrında isə ABŞ Prezidenti Barak Obama bu qadağanın ləğvinə qərar vermişdi.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:27514
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019