TANAP II fazasında sınaq qazının nəqlinə başlanıb

Bölmə:
Energetika ›
Tarix:
17.04.2019
Oxunub:
178 dəfə

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasında son mərhələyə start verilib.

 

"Oxucu" informasiya verir ki, Avropaya qaz nəqli üçün nəzərdə tutulan II fazanın istismara verilməsi çərçivəsində aprelin 15-dən etibarən sistemə sınaq məqsədli qaz verilməyə başlanıb. 2019-cu ilin iyunun sonuna kimi sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

 

2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və II fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin II fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitqazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir. TANAP iyunda Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır olacaq.

 

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhəddindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:15097
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019