4 ölkədən Türkiyəyə qarşı XAİN İTTİFAQ

Bölmə:
Dünya ›
Tarix:
17.04.2019
Oxunub:
139 dəfə

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı qurulan Yunanıstan-İsrail ittifaqına Birləşmiş Ərəb Əmirlikləri də qatılıb.

 

"Oxucu" informasiya verir ki, BƏƏ Yunanıstanın ötən həftə Mora yarımadasında həyata keçirdiyi “Iniohos 20192 hərbi təlimində İsrail ilə birlikdə iştirak edib.

 

“Yerusəlim Post”un xəbərinə görə, BƏƏ-ni ittifaqa ABŞ-ın daxil etdiyi bildirilir. Təlimlərdə diqqətçəkən məqam isə İsrail və İtaliyanın F-35 qırıcılarının uçuşu və ABŞ, İtaliya, Cənubi Kipr və Yunanıstanın bütün hərbi hava qüvvələrinin iştirakı olub.

 

Mora yarımadasında təşkil edilən Yunanıstan tarixinin ən böyük hərbi təlimlərində Yaxın Şərq və Şərqi Aralıq dənizində Türkiyəyə qarşı qurulan bloka rəhbərlik edən İsrail ilə BƏƏ-nin birlikdə iştirakı diqqət çəkib.

 

ABŞ Hərbi Hava Qüvvələri bu təlmlərlə ilk dəfə Yaxın Şərqə bir F-35 təyyarəsi göndərmiş oldu. Həmin qırıcılar daha sonra BƏƏ-də yerləşən Əl-Dafra aviabazasına göndərilib. Bu baza ABŞ-ın Suriyanın İŞİD-ə qarşı əməliyyatlarında istifadə olunması ilə tanınır. Qırıcılardan Suriya və İraqda təşkil olunacaq hərbi əməliyyatlarda istifadə olunacağı iddia edilir.

 

Mənbə: Publika.az

Yoxlama kodu:81756