UNEC Super Liqada

Bölmə:
İdman ›
Tarix:
15.04.2019
Oxunub:
135 dəfə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub.

 

Universitetdən Oxucuya daxil olan informasiyaya görə, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə qalib gəlib. UNEC qələbə sayəsində Azərbaycan Super Liqasına vəsiqə qazanıb.

 

Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov qalibləri təbrik edərək, onlara gələcək yarışlarında uğurlar arzulayıb. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC komandasının gücləndirilməsi istiqamətində lazımi dəstəyin davam etdiriləcəyini bildirən rektor, UNEC-in növbəti mövsümdə də azarkeşlərini sevindirəcəyinə əminliyini ifadə edib.

 

Final mərhələsində iştirak edən Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digər qonaqlar qaliblərə medalları təqdim ediblər.

 

Qeyd edək ki, UNEC komandasının məşqçiləri Etibar Qasımov və Sergey Titoviçdir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:72400