Riqaya ixrac missiyası başa çatıb

Tarix:
12.04.2019
Oxunub:
19 dəfə

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilən ixrac missiyasına şərab və digər spirtli içkilər, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxil idi.

 

Nazirlikdən Oxucuya daxil olan informasiyaya görə, səfər çərçivəsində Azərbaycan sahibkarları potensial alıcılarla görüşlər keçirib, məhsulların ixrac imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min ABŞ dolları dəyərində fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb.

 

Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.

 

Bununla yanaşı, ixrac missiyasına daxil olan bir sıra Azərbaycan şirkətləri Hindistan və Latviya şirkətləri və supermarketler şəbəkələri ilə məhsul ixracı və satışı barədə danışıqlar aparıblar.

 

Bundan əlavə, “Turizm.az” şirkəti ilə Latviyadan olan şirkət arasında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:61500