Sosial mediaya dair qətnamə qəbul edib

Bölmə:
Texnologiya ›
Tarix:
12.04.2019
Oxunub:
182 dəfə

Avropa Şurası Parlament Assambleyasının "Sosial media: sosial bağların yaradıcısı, yaxud insan hüquqlarına təhlükə" adlı qətnamə qəbul edib.

 

"Oxucu" informasiya verir ki, qətnamədə mediada sosial bağların yaradılması, siyasi və digər müzakirələrin izlənilməsi, demokratiyanın inkişafında rolu ilə yanaşı onlardan sui-istifadə edildiyi təqdirdə insan hüquqlarına, demokratik institutların fəaliyyətinə zərər yetirə biləcəyi qeyd olunub.

 

Qətnaməyə əsasən, hökumət orqanları və internet sahəsində faəliyyət göstərən təşkilatlar birləşərək qanunsuz yayımlara son qoymaq və informasiyaların keyfiyyətini artırmaqla informasiya azadlığı uğrunda birgə çalışmalıdırlar.

 

AŞPA üzv ölkələri Avropa Şurasının insanların şəxsi məlumatlarının qorunmasına dair konvensiyanı ratifikasiya etməyə çağırıb.

 

Mənbə: "Report"

Yoxlama kodu:69632